Sosial 

Suda boğulmalar daha çox hansı çimərliklərdə olur?

“Qanuni təşkil olunmuş çimərlik ərazisinda FHN-nin xilasediciləri, tibb işçiləri və digər əməkdaşlar olur”.

ARANTV.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov ” Çimərliklər” mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, FHN-in tabeliyində göstərən xilasedici məntəqələrin sayı 24-ə qədərdir: “Bunlar qanuni çimərliklərdə təşkil olunub. Boğulmalar qeyri-qanuni fəaliyyət göstərən ərazilərdə olur. Buralarda xilasedici məntəqələr və tibb işçiləri olmur. Vətəndaşların səmərəli istirahət etməsi üçün şərait yaradılan yerlərə getmələri məqsədəuyğun sayılır”.

Daha çox xəbərlər