Azərbaycan buğda idxalını 34%-dək artırıb
Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 99 808,49 ABŞ dolları dəyərində 392 213,92 ton buğda idxal edilib.
ARANTV.AZ xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 33,7%, həcmi isə 14,7% artıb.
Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,27%-nə bərabər olub.

