Sosial 

“Onu sevirəm…” – Van Dammın oğlundan azərbaycanlı xanımına – VİDEO

Xəbər verdiyimiz kimi məşhur kino ulduzu Jan-Klod Van Dammın oğlu Kristofer Van Damm azərbaycanlı pianoçu, Prezident təqaüdçüsü, 7 Beynəlxalq Musiqi Müsabiqəsinin laureatı Suada Hacızadə ilə ailə qurub.

ARANTV.AZ xəbər verir ki, bu barədə Suada özü sosial şəbəkədə məlumat verib. O, aktyorla nikah mərasimindən foto paylaşıb. Kristofer isə “İnstagram” hesabında Suada ilə görüntülü danışdığı videonu paylaşaraq: “Onu sevirəm” sözlərini yazıb.

Qeyd edək ki, 34 yaşlı Kristofer aktyor kimi bir çox filmlərdə rol alıb. O, Van Dammın aktrisa Qledis Portuqezdən dünyaya gələn oğludur.

"Onu sevirəm..." - Van Dammın oğlundan azərbaycanlı xanımına - VİDEO"Onu sevirəm..." - Van Dammın oğlundan azərbaycanlı xanımına - VİDEO

Daha çox xəbərlər