Qazaxıstanda koronavirusa daha 1 174 nəfər yoluxub
Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 174 yoluxma halı qeydə alınıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 406 383, ölənlərin sayı isə 4 211 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 1 435 nəfər, hazırkı dövrədək isə 382 461 nəfər sağalıb.

