Sosial 

DİQQƏT: Sabah Bakıda marşrutlar işləməyəcək

Bazar günü Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımalar adi rejimdə yerinə yetiriləcək

Şənbə günü Bakıda sərnişin marşrutları fəaliyyətini yenidən dayandıracaq.

ARANTV.AZ xəbər verir ki, bu barədə Bbakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda qeyd edilib ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Əvvəlcədən də məlumat verildiyi kimi 20 iyun bazar günü olmasına baxmıyaraq Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.

Daha çox xəbərlər