Dünya 

Moskvada kütləvi tədbirlərə məhdudiyyət qoyuldu

Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxma hallarının artması ilə əlaqədar kütləvi tədbirlərə məhdudiyyət qoyulub.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə Moskvanın meri Sergey Sobyanin bildirib.

O bildirib ki, bu gündən etibarən əyləncə tədbirlərinə mindən çox şəxsin toplanması qadağan ediləcək.

Bundan başqa, şəhər ərazisində uşaq meydançaları və parklar da bağlı qalacaq.

S.Sobyanın paytaxtda karantin tədbirlərinin iyunun 29-a kimi davam edəcəyini bildirib.Qeyd edək ki, Rusiyada son sutkada 14 mindən çox yeni yoluxma qeydə alınıb. Moskva şəhərində ötən gün 6 mindən çox şəxs koronavirusa yoluxub.

Daha çox xəbərlər