Dünya 

Biz Zəngəzuru, Geqarkuniki də itirə bilərik – Çarukyan

Ermənistanda 20 iyunda keçiriləcək növbədənkənar parlament seçkilərində ərazi məsələsi ilə bağlı təbliğat ön plandadır.

ARANTV.AZ axar.az-a istinadən xəbər verir ki, bu gün seçki kampaniyası çərçivəsində Eçmiədzində görüş keçirən Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan da bu mövzuya vurğu edib.

O bildirib ki, Ermənistan Zəngəzuru (Sünik) və Geqarkuniki itirə bilər:

“Bu əraziləri Ermənistanın tərkibində saxlamaq üçün Rusiya ilə dərhal yeni saziş imzalamalıyıq. Yoxsa ərazi itirə bilərik”.

Daha çox xəbərlər