Baş nazir QƏRAR İMZALADI
Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların gömrük rüsumundan azad olunan nomenklaturası müəyyənləşib.
ARANTV.AZ -ın məlumatına əsasən, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla həmin rayonlarda tikilən hava limanları üçün malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahı təsdiqlənib.

