Bərdədə avtomobil qəzasında bir nəfər ölüb

Bərdədə avtomobil qəzasında bir nəfər ölüb

Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib.

ARANTV.AZ-ın  xəbərinə görə, hadisə rayonun Soğanverdilər kəndində baş verib.

Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yol kənarına düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1996-cı il təvəllüdlü Aslanova Fərqanə İslam qızı müxtəlif dərəcəli bədən xəsarəti alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, F.Aslanovanın vəziyyəti ağır olduğu üçün həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.