Paşinyan qələbə qazandığını elan etdi: “Üç ildə ikinci dəfə inqilab oldu”
Paşinyan tərəfdarlarını qələbəni qeyd etmək üçün Respublika meydanına dəvət edib
Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan növbədənkənar seçkilərin ilkin nəticələri elan olunduqdan sonra bu dəqiqələrdə seçki qərargahına gəlib.
ARANTV.AZ xəbər verir ki, N.Paşinyanı çoxsaylı tərəfdarı qarşılayıb.
Nikol Paşinyan tərəfdarları və media nümayəndələri qarşısında çıxış edib.
O, qeyd edib ki, Ermənistan xalqı üç ildə ikinci dəfə inqilab edib: “Bu dəfə “məxmər” əvəzinə “polad” inqilab oldu. Bütün razılaşmalar yerinə yetiriləcək. Parlament seçkilərindəki qələbə sosial və milli konsolidasiyanı bərpa edəcək”. Nikol Paşinyan yaxın günlərdə siyasi qüvvələrlə məsləhətləşmələrə başlayacağını bildirib. Parlamentdə əldə edilən yerlərin sayı ilə bağlı deyib ki, onun liderlik etdiyi “Vətəndaş Müqavilə”si partiyası mübahisəsiz çoxluq əldə edib: “Konkret neçə faiz olacağı səhər bəlli olacaq”.
Paşinyan tərəfdarlarını qələbəni qeyd etmək üçün Respublika meydanına dəvət edib.
Hazırda 2008 seçki məntəqəsindən 700-ə yaxın seçki məntəqəsinin nəticəsi açıqlanıb. İndiki nəticələrə görə, N.Paşinyan 59,5 faizə yaxın səslə liderdir. Onun ən yaxın rəqibi Robert Köçəryanın “Ermənistan” bloku 18,7 faizə yaxın səslə ikincidir.

