Braziliyada koronavirusdan daha 1 025 nəfər ölüb
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 44 178 nəfər yoluxub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 17,9 milyon nəfəri ötüb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 025 nəfər ölüb, ölənlərin ümumi sayı 501 825 nəfər təşkil edir.

