Dünya 

Moskvada temperatur 1901-ci ilin rekordunu qıracaq

Moskvada görünməmiş istilər hökm sürür.

ARANTV.AZ  xəbər verir ki, Rusiya paytaxtında havanın temperaturunun iqlim normasından 13-15 dərəcə artıq olacağı gözlənilir.

Mütəxəssislərin hesablamalarına görə, sonuncu dəfə Moskvada 34,7 dərəcə isti 1901-ci ildə qeydə alınıb. Yaxın iki gündə paytaxtda havanın hərarətinin 1901-ci ilin rekordunu qıracağı gözlənilir. Sinoptiklərin proqnozlarına görə, iyunun 22-də Moskvada termometrin civəsi 36 dərəcəyədək qalxacaq. İsti hava şəraiti iyunun 24-dək davam edəcək.

Daha çox xəbərlər