Sosial 

Dövlət Dəniz Agentliyinin sədr müavini işdən çıxıb

2006-cı ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin (ARDDA) sədr müavini olan Şahlar Məmmədov işdən çıxıb.

Bu barədə “Report”a agentlikdəki mənbə bildirib.

Məlumata görə, Ş.Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Departamentinin rəis müavini vəzifəsinə təyinat alıb. Onun əvvəlki vəzifəsinə isə təyinat olmayıb.

Daha çox xəbərlər