Dünya 

Ərdoğan Türkiyənin yerli koronavirus peyvəndinin adını açıqladı – VİDEO

Türkiyənin yerli koronavirus peyvəndinin könüllülər üzərində 3-cü dozasının ilk tətbiqinə Ankara Şəhər Xəstəxanasında başlanıb.

“Haber Global” xəbər verir ki, səhiyyə naziri Fəxrəddin Qocanın da iştirak etdiyi tədbirə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans yolu ilə qatılıb.

Ərdoğan yerli peyvəndin adının “TURKOVAC” olduğunu açıqlayıb.

“Peyvəndin üçüncü mərhələsinin tətbiqi ilə Türkiyə bu mövzuda yeni bir dövrün qapılarını açır”, – deyə Türkiyə başçısı bildirib.

Daha çox xəbərlər