Hadisə 

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  report-a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb. 8 Noyabr prospektində iki avtomobilin toqquşması nəticəsində 1971-ci il təvəllüdlü Əfəndiyev Ruslan Şakir oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbərlər