Hadisə 

Bakıda daha bir ərazidə yanğın başlayıb: Tıxac yaranıb – FOTO

Mərdəkan şossesi Mərdəkan qəsəbəsi istiqamətində yol kənarında yanğın baş verib. Yanğının tüstüsü yolda görüntünün məhdudlaşmasına səbəb olub.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

Bildirilib ki, hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bunu nəzərə alaraq Qala döngəsində sürət həddi bütün zolaqlar üzrə saatda 60 km-dək endirilib.

 

Daha çox xəbərlər