Baş leytenant məzarı başında yad edildi – VİDEO
Cəbrayıl uğrunda döyüşlərdə şəhid olan R.Ələkbərovun doğum günü idi
ARANTV.AZ Real TV-ə istinadən bildirir ki, dünən şəhid Röyal Ələkbərovun doğum günü idi. O 1994-cü ildə Naxçıvan MR Kəngərli rayonunun Qıvraq kəndində doğulub. Qıvraq kəndində başlayan ömrünü 16 oktyabr 2020-ci ildə Cəbrayılda şərəflə başa vuran Röyal ailəsinin tək övladı idi.
Əzizləri Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantını bu gün məzarında yad etdi. Ağlasalar da, keçirdikləri qürur hissi bir başqa idi
Qeyd edək ki, Şəhid Röyal Ələkbərov “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

