Azərbaycanda su sexində PARTLAYIŞ: Ölən var
Qaxda su sexində partlayış olub, bir nəfər ölüb.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Qax rayonu ərazisində yerləşən su sexlərinin birində baş verib.
Partlayış zamanı sexdə nəzarətci işləyən Qax rayon sakini Aydın Şabanov hadisə yerində dünyasını dəyişib.

