Hadisə 

Goranboyda 63 yaşlı kişi silahla vurulub

Goranboyda silahlı insident olub.

ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Nizami kəndidə baş verib.

1963-cü il təvəllüdlü M.İbrahimov naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində yaralanıb. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. Şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daha çox xəbərlər