Dünya 

Putin Nazarbayevlə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Moskvada Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevlə görüşəcək.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, iyunun 30-da N. Nazarbayev Rusiyaya işgüzar səfərə gələcək.

V. Putin N. Nazarbayevlə Rusiya-Qazaxıstan strateji tərəfdaşlığı və müttəfiqlik münasibətlərinin gələcək inkişafını, Avrasiya məkanında inteqrasiya proseslərinin irəliləməsini, eləcə də bir sıra aktual beynəlxalq mövzuları müzakirə etməyi planlaşdırırlar.

Daha çox xəbərlər