İyul ayında metrolar həftəsonları işləyəcək? – RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Bakı Metropoliteni yalnız iyun ayı boyunca şənbə və bazar günləri işləyəcək. Artıq sabah iyun ayının son günüdür. Bəs iyul ayında həftəsonları metrolar işləməyəcək?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu barədə hələ heç bir qərar verməyib:
“Mayın 26-sı verilən qərara görə, metro yalnız iyun ayı boyunca həftəsonları fəaliyyət göstərəcək. İyul ayında da şənbə və bazar günləri metroların işləyib-işləməyəcəyi haqqında isə bizə məlumat verilməyib”.

