Sosial 

Bakıda liseyə görkəmli alimimizin adı verildi – QƏRAR

Baş nazir Əli Əsədov görkəmli elm xadimi Lütvi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb.

Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Qərara əsasən, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texniki-humanitar liseyə Lütvi Zadənin adı verilib.

Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Lütvi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin edəcək.

Daha çox xəbərlər