Qarabağdakı hidroloji məntəqələrdə müasir avtomat stansiyalar quraşdırılacaq
Yaxın gələcəkdə Qarabağda 13 hidroloji məntəqənin açılması planlaşdırılır.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, bu məntəqələrdə ən müasir avtomat stansiyalar quraşdırılacaq:
“Bu da bizə onlayn şəkildə çaylarda olan vəziyyəti qiymətləndirməyə və planlaşdırmanı düzgün aparmağa imkan yaradacaq”.

