Siyasət 

Ermənilərin Qarabağda törətdiyi dağıntıların miqyası digər fəsadlarla müqayisə oluna bilməz – Mikayıl Cabbarov

Dünya ictimaiyyəti müharibə nəticəsində yaranmış fəsadlarla dəfələrlə üzləşib, amma Ermənistanın törətdiyi dağıntıların miqyası bunlaral müqayisə olunmur.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Karabakh.Center” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Leninqrad və Hirosima şəhərləri dağıntılara məruz qalıb, amma ermənilərin Qarabağ torpağında törətdiyi dağıntıların miqyası bu nümunələrlə müqayisə oluna bilməz:

“Azərbaycan Prezidentinin rəhbərliyi altında Qarabağda bərpa və reskonstruksiya işləri sürətlə davam edir. Tezliklə biz bu torpaqların çiçəklənməsinin şahidi olacağıq”.

Daha çox xəbərlər