Vladimir Putin koronavirusa qarşı hansı vaksini vurdurduğunu açıqladı
Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı hansı vaksini vurdurduğunu açıqlayıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, Putin COVİD-19 virusuna qarşı “Sputnik V” vaksini ilə peyvənd olunduğunu bildirib.
“Rusiya Silahlı Qüvvələri “Sputnik V” vaksini ilə peyvənd olunur. Mən də Ali Baş Komandan kimi bu vaksinlə peyvənd olunmaq qərarına gəldim”, – deyə Rusiya Prezidenti vurğulayıb.

