Hadisə 

Güclü külək çoxillik çinarı aşırdı – FOTO

Ötən gecə Gəncə şəhərində baş verən güclü külək bir sıra fəsadlara səbəb olub.

ARANTV.AZ-ın məlumatına görə, külək nəticəsində bir neçə ağac aşıb.

Aşan ağaclar arasında çoxillik çinar da var.

Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mətbuat katibi Vüsal Balayev saytımıza açıqlamasında bildirib ki, Gəncədə baş verən güclü küləyin fəsadları qurumun yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən aradan qaldırılıb:

“Güclü külək şəhərin bir sıra ərazilərində ağacları sındırıb. Şəhərdəki “Xan bağı” ərazisində də çinar ağacı aşıb. Xəsarət alan olmayıb”.

 

Daha çox xəbərlər