Dünya 

Avstraliyanın iri şəhəri karantinə bağlanır

Mərkəzi Avstraliyanın ən iri şəhəri Elis-Sprinqs 3 günlük karantinə bağlanıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, karantin qərarı qızıl mədənində işləyən şaxtaçılar arasında koronavirusa yoluxma hallarının artması ilə əlaqədar verilib.

Qeyd olunur ki, mədənçilərdən birində COVID-19 infeksiyasının “Delta” ştammı aşkar edilib. Onun təxminən 900 nəfərlə ünsiyyətdə olduğu ehtimal olunur.

Qərara əsasən, bu gündən etibarən Elis-Sprinqs şəhərinə giriş-çıxış bağlanır, şəhər ərazisində hərəkət məhdudlaşdırılır.

Daha çox xəbərlər