Dünya 

Gürcüstan MSK sədri istefaya getdi – SƏBƏB

Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniya istefaya gedib.

ARANTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Jvaniya öz Feysbuk səhifəsində paylaşıb.

Jvaniya istefasından sonra siyasətə qoşulmayacağını bildirib. O, fəaliyyətini beynəlxalq təşkilatlarda davam etdirəcəyini söyləyib.

Qeyd edək ki, Jvaniya 2013-cü ildən MSK-ya rəhbərlik edirdi. Müxalifət onu saxtakarlıqda ittiham edirdi.

Daha çox xəbərlər