Müdafiə Nazirliyi: Hazırda 8 hərbçi itkin düşmüş sayılır
Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin yeni siyahısını yayıb.
ARANTV.AZ xəbər verir ki, iyunun 30-dək itkin düşmüş hesab olunan 8 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.
“İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir”, – nazirlikdən bildirilinb.

