Rusiyada koronavirusdan maksimum ölüm qeydə alındı
Rusiyada koronavirusdan bir gündə 669 nəfər ölüb.
ARANTV.AZ oxu.az-a istinadən bildirir ki, bu, pandemiya başlayandan ən yüksək göstəricidir.
Sutkalıq yoluxma 21 042 nəfər təşkil edib.
Ən çox ölüm Moskva (117 nəfər) və Sankt-Peterburqda (111 nəfər) qeydə alınıb.
Xatırladaq ki, koronavirusun həm “Delta”, həm də “Delta+” ştammları tapılan Rusiyada ötən gün koronavirusdan ölüm sayı 652 olub.

