Gündəm 

Şöbə rəisi: “Ümid” yatağı ilə bağlı səsləndirilən fikirlər yanlışdır”

“SOCAR tərəfindən layihə həyata keçiriləndə bütün risklər qiymətləndirilir”.

ARANTV.AZ-ın məlumatına görə, bunu SOCAR geologiya və geofizika şöbəsinin rəisi Fərhad İbadov deyib.

O qeyd edib ki, risklər qiymətləndiriləndən sonra platformalar inşa edilir.

SOCAR rəsmisi əlavə edib ki, qazılmış kəşfiyyat quyularının hamısının ağzı bağlıdır:

“Həmin quyulara daimi olaraq nəzarət edilir. Mətbuatda qazılmış kəşfiyyat quyularının ağzının açıq olması barədə məlumatlar tamamilə əsassızdır”.

F.İbadov vurğulayıb ki, “Ümid” yatağı ilə bağlı səsləndirilən fikirlər yanlışdır.

Daha çox xəbərlər