Xarici ölkələrin səfirləri Şuşaya gedir
Xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının rəhbərləri Şuşaya səfər edəcək.
ARANTV.AZ xəbər verir ki, azvision-a bu barədə diplomatik mənbədən məlumat verilib.
Səfirlər iyulun 8-də Şuşaya yola düşəcək. Növbəti gün Şuşada görülən yenidənqurma işləri, ermənilərin işğal müddətində törətdikləri dağıntılarla tanış olacaqlar.

