Ukraynalı əsgərlər hərbi paradda dikdaban ayaqqabı geyinəcəklər – FOTO
Ukraynanın müstəqilliyinin 30-cu il dönümünə həsr olunan parad məşqlərində qadın əsgərlər dikdaban ayaqqabı geyinəcəklər.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, Ukraynanın Sovetlər Birliyindən ayrılmasının 30-cu il dönümü ilə əlaqədar avqustun 24-də, Kiyevin əsas küçəsi olan Xreşatikdə hərbi parad məşqləri keçiriləcək.
Ukrayna Müdafiə Nazirliyinin verdiyi məlumata görə, qadınlar ilk dəfə parada dikdaban ayaqqabı ilə qoşulacaqlar.


