Haçıqabul sakini qonşusunu bıçaqlayıb
Hacıqabulda qonşular arasında dava düşüb.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, rayonun Udulu qəsəbə sakini, 1982-ci il təvəllüdlü Atakişiyev Şükür Qüdrət oğlu münaqişə zəminində qonşusu tərəfindən bıçaqlanıb.
O, qulağının bir hissəsinin kəsilmiş diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən araşdırma aparılır.

