Hadisə 

Azərbaycanda DƏHŞƏT: 37 yaşlı Şükürün qulağını KƏSDİLƏR

Hacıqabul sakininin qulağı kəsilib.

ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Udulu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1984-cü il təvəllüdlü Atakişiyev Şükür Qüdrət oğlunun mübahisə zəmnində tanıdığı şəxs tərəfindən qulağı kəsilib.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Daha çox xəbərlər