3 avtomobilin toqquşması ilə bağlı Vaqif Əsədovdan açıqlama
“Bu gün Abşeron rayonunda baş verən yol-nəqliyyat hadisəsi “Mercedes” markalı 99 SP 611 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Sumqayıt şəhər, 17-ci mikrorayonda yaşayan Əliyev Emin Şahin oğlunun kobud qayda pozuntusu nəticəsində baş verib”.
ARANTV.AZ xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Bölmə rəisinin sözlərinə görə, “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman əks istiqamətli zolağa çıxıb və bu zaman “Nissan” markalı avtomobillə toqquşub: “Toqquşmadan sonra “Mercedes” idarəetməni itirərək qarşıdan gələn “Gelandewagen” markalı avtomobilə çırpılıb. Nəticədə “Nissan” markalı avtomobildə olan bir nəfər yüngül xəsarət alıb”.

