İsraildə aktiv koronavirus xəstələrinin sayı artmağa davam edir
İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 500 nəfər yoluxub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 843 390 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb və ölənlərin ümumi sayı 6 429 nəfər təşkil edir.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 834 195 nəfəri sağalıb, aktiv xəstələrin sayı 2 766 nəfərə qədər artıb.

