Meksikada futbol oyunu zamanı stadionda atışma olub, ölənlər var
Meksikanın Kuernavaka şəhərində (Morelos ştatı) futbol üzrə yerli komandaların oyunu zamanı stadionda atışma baş verib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, naməlum silahlılar avtomobil və motosikletlərlə stadiona gələrək insanlara atış açıblar.
Məlumata əsasən, hadisə nəticəsində 4 azarkeş həlak olub, 3 nəfər isə yaralanıb.
Bildirilir ki, silahlıların “isti izlər”lə axtarışı nəticə verməyib, lakin onların şəhərdə narkotik maddələrin satışına nəzarəti ələ keçirmək istəyən cinayətkar qruplaşmalardan birinin üzvləri olduqları ehtimal edilir.

