Dünya 

Gürcüstanda son sutkada koronavirusa 1407 nəfər yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1407 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 371 293, ölənlərin sayı isə 5 383 nəfərə çatıb. Virusa yoluxanlardan 355 718 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər