Hadisə 

Beyləqanda 16 yaşlı oğlan kanalda batıb

16 yaşlı gənc su kanalında batdı.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, “112” qaynar telefon xəttinə Beyləqan rayonu, Əmirzeydli kəndində 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun su kanalında batması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Daha çox xəbərlər