Yaponiyada leysan yağışları: 140 minə yaxın insan…
Yaponiyanın qərbində yerləşən Şimane prefekturası hakimiyyəti sürüşmə təhlükəsi səbəbindən təxminən 140 min yerli sakinin təxliyyə edilməsi əmrini verib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə NHK televiziya kanalı bildirib.
Məlumata əsasən, sürüşmə təhlükəsi bölgədə başlayan leysan yağışlarla bağlıdır.
Qeyd olunur ki, bu gün Şimane prefekturasının şimalındakı İzumo şəhərində bir saat ərzində təxminən 75 mm yağıntı düşüb.

