Rusiyada evdə yanğında beşi uşaq olmaqla, 6 nəfər ölüb
Rusiyanın Smolensk vilayətinin Peçinok şəhərində fərdi yaşayış evində baş verən yanğında altı nəfər ölüb.
ARANTV.AZ TASS-a istinadən xəbər verir ki, xilasetmə xidmətindən ölənlərdən beşinin uşaq olduğu bildirilib.
Yanğında ölən digər şəxsin isə yaşlı qadın olduğu açıqlanıb.
Hadisənin səbəbləri araşdırılır.

