Gündəm 

Yanvarda Zəngilandakı “ağıllı kənd”ə sakinlərin yerləşdirilməsi gözlənilir – Nazir müavini

İşğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”lər və “ağıllı kənd”lər salınmasına start verilib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının təqdimat mərasimi zamanı deyib.

Nazir müavini bildirib ki, “Gələn ilin yanvar ayında Zəngilanda yaradılan “ağıllı kənd”ə sakinlərin yerləşdirilməsi gözlənilir:

“Bu ərazilərdə beynəlxalq hava limanları da tikilir. Bildiyiniz kimi, Füzulidə hava limanının tikintisi davam edir. Hava limanının bu il sentyabrın 5-də açılacağı gözlənilir”.

Daha çox xəbərlər