Dörd uşaq atasını cərəyan vurub öldürdü

Dörd uşaq atasını cərəyan vurub öldürdü

Ucar sakinini elektrik cərəyanı vuraraq öldürüb.

ARANTV.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Müsüslü kənd sakini, 1976-cı il təvəllüdlü Ağayev Natiq Kamil oğlu su nasosu ilə həyəti sulayan zaman onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, N. Ağayev dörd uşaq atasıdır.