Dünya 

Putinlə Paşinyanın görüşü zamanı heç bir sənəd imzalanmayacaq – Peskov

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Moskvada görüş zamanı hər hansı bir sənəd imzalamayacaq.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, görüş zamanı Qarabağ məsələsi və ikitərəfli münasibətlər müzakirə olunacaq.

D.Peskov əlavə edib ki, görüşün yekununda sənədlərin imzalanacağı ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Daha çox xəbərlər