Sosial 

Türkiyəyə köhnə şəxsiyyət vəsiqəsiylə getmək olmaz – RƏSMİ

Azərbaycan Respublikasının vətəndaşları yaşından asılı olmayaraq yalnız biometrik şəxsiyyət vəsiqələri ilə Türkiyə Resbulikasına birbaşa səfərlər edə bilərlər.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, köhnə nəsil şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gediş-gəlişə icazə verilmir. Bu qanun Türkiyədən gələn vətəndaşlar üçün də keçərlidir.

Qeyd edək ki, köhnə nəsil şəxsiyyət vəsiqələrindən fərqli olaraq 15 yaşına qədər uşaqlara verilən biometrik şəxsiyyət vəsiqələrində onların fotoşəkli yerləşdirilir, sadəcə imzası göstərilmir.

Xatırladaq ki, ötən gün Türkiyə şəxsiyyət vəsiqələri ilə gedilə biləcək ölkələrə – Moldova, Ukrayna, Gürcüstan və Azərbaycana – 15 yaşından aşağı vətəndaşlara verilən şəkilsiz vəsiqələrlə səyahət edilməsini qadağan edib.

Daha çox xəbərlər