“TURKOVAC”ın üçüncü mərhələ sınaqları Azərbaycanda da aparıla bilər
“TURKOVAC”ın üçüncü mərhələ sınaqlarının ölkə xaricində aparılması istiqamətində fəaliyyətimiz sürətlə davam edir.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Sağlamlıq İnstitutlarının (TÜSEB) sədri Erhan Akdoğan tvitter hesabında yazıb.
Bildirib ki, dost və qardaş ölkə Azərbaycanla da bu istiqamətdə danışıqlar davam etdirilir.

