Rusiyada son sutka ərzində koronavirusdan 734 nəfər ölüb
Rusiyada son sutka ərzində daha 24 818 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 5 707 452 nəfərə çatıb.
Ümumilikdə koronavirusdan ölənlərin sayı 140 775 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.

