Bakıda futbol oynayanların telefonlarını oğurlayan ələ keçdi
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə iyulun 3-də H.B.Zərdabi küçəsində yerləşən stadionda futbol oynayan 10 nəfərin mobil telefonlarının oğurlanması barədə məlumat daxil olub.
Bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Abbasov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

