Dünya 

Afrikada koronavirusa yoluxanların sayı 5,77 milyonu ötüb – ÜST

Afrikada koronavirusa yoluxanların sayı 5,77 milyon nəfəri ötüb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyindən bildiriblər.

Məlumata əsasən, hazırkı dövrədək Afrikada koronavirusa 5 776 300 nəfər yoluxub, onlardan 148 730 nəfəri vəfat edib, 4,9 milyondan artıq insan isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma və ölüm halları Cənubi Afrika Respublikasında (CAR) qeydə alınıb – 2 112 336 yoluxma və 63 039 ölüm halı.

Daha çox xəbərlər